x
Loading...

“Qarabağ” neft yatağının 2021-ci ildən sonra istismara verilməsi nəzərdə tutulur

“Qarabağ” neft yatağının 2021-ci ildən sonra istismara verilməsi nəzərdə tutulur
13:12 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT. AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşənQarabağ” neft yatağının ilkin texniki-iqtisadi əsaslandırmanın nəticəsindən asılı olaraq işlənmə variantının seçilməsi və yatağın 2021-ci ildən istismara verilməsi nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov “Caspian Energy” jurnalına müsahibəsində bildirib.
O qeyd edib ki, “Qarabağ” neft yatağı zəngindir və proqnozlara görə buradan 85-150 mln. ton civarında neft çıxarılması gözlənilir.
Xatırladaq ki, ötən həftə Bakıda keçirilmiş XXIV beynəlxalq “Xəzər Neft və Qaz” konfransında SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, təmsil etdiyi şirkət və "Statoil" şirkəti (Norveç) arasında imzalanan sazişə əsasən, "Qarabağ" üzrə 3D seysmik məlumatlar yenidən emal və interpretasiya edilib, yeni göstəricilər əsasında yatağın neft ehtiyatları qiymətləndirilib. SOCAR-ın geologiya və geofizika üzrə vitse-prezidenti Bəhram Hüseynov isə konfransdakı çıxışında qeyd edib ki, hazırda "Qarabağ" yatağında ilkin hasilata başlanmasına hazırlıq görülür.
Qeyd edək ki, bu ilin mart ayında “Statoil” şirkəti “Qarabağ”, “Əşrəfi” və “Dan Ulduzu” yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı tədiqiqatların yekunlarına dair hesabatı Energetika Nazirliyinə təqdim edib. Şirkətin Azərbaycan üzrə meneceri Karsten Stoltenberq yataqlarla bağlı uzunmüddətli əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. O, 2012-ci ildə təmsil etdiyi şirkətin qeyd olunan 3 yatağın kəşfiyyatı ilə bağlı işlərə başladığını, 2014-cü ildə isə SOCAR-la müqavilə imzaladığını xatırladaraq, yeni texnologiyaların tətbiqi nəticəsində ötən əsrin 90-cı illərinub sonunda aparılmış tədqiqatlarla müqayisədə əhəmiyyətli nəticələr əldə edildiyini bildirib.
“Qarabağ”, “Əşrəfi” və “Dan Ulduzu” yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı tədiqiqatların təqdimatı zamanı sahədə quyuların qazıldığı, 3D seysmik kəşfiyyat işləri aparıldığı, çıxarıla bilən və yerində olan neft-qaz ehtiyatlarının ilkin göstəricilərdən daha çox aşkarlandığı qeyd olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/qarabag-neft-yataginin-2021-ci-ilden-sonra-istismara-verilmesi-nezerde-tutulur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR