x
Loading...

Səlim Müslümov Cenevrədə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak edir

Səlim Müslümov Cenevrədə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak edir
13:22 6 İyun 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası öz işinə başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən sessiyada ölkəmizi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri daxildir. Sessiyada BƏT-in Baş direktorunun və Rəhbər Orqanının sədrinin məruzələrinin, BƏT-in Konvensiya və Tövsiyələrinin icra vəziyyətinin müzakirəsi nəzərdə tutulub.

“Sülh və istiqrar naminə layiqli əmək: Məşğulluqla bağlı (müharibədən sülhə keçid)” 1944-cü il tarixli, 71 nömrəli Tövsiyənin nəzərdən keçirilməsi, BƏT-in 2008-ci ildə qəbul edilmiş “Dürüst qloballaşma naminə sosial ədalət haqqında” Bəyannaməsinə əsasən əmək sahəsində fundamental prinsip və hüquqların strateji hədəflərinə dair müzakirə də tədbirin gündəliyinə daxildir.

Sessiyanın gündəliyində BƏT-in Rəhbər Orqanına 2017-2020-ci illər üçün seçkilərin keçirilməsi və digər məsələlər də yer alıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2763279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR