Azərbaycanda "EKSPO-2025" beynəlxalq sərgisi keçirilə bilər

Azərbaycanda "EKSPO-2025" beynəlxalq sərgisi keçirilə bilər
13:32 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan "EKSPO-2025" beynəlxalq sərgisinin keçirilməsinə iddia edən ölkələr arasındadır. 
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, sərgiyə ev sahibliyini paytaxt Bakı edə bilər. 
Azərbaycanla yanaşı, Rusiya (Yekaterinburq), Fransa (Paris) və Yaponiya (Tokio) kimi sərgiyə iddiaçı ölkələrdir. Bu barədə yekun qərar gələn ilin noyabrında qəbul ediləcək. Sərginin keçirilmə şərtlərinə görə, 172 ölkə ən yaxşı nemətlərinin nümayiş etdirməlidir.
Xatırladaq ki, bu il Qazaxıstanın paytaxtı Astanada "EKSPO-2017" beynəlxalq sərgisi keçiriləcək. Sərgini 5 mln.-dan artıq insanın ziyarət edəcəyini gözlənilir. Tədbirdə 115 ölkədən 18-dən artıq beynəlxalq təşkilat iştirak edəcək. Qazaxıstanın sərgidən 283 mln. avro gəlir əldə edəcəyi gözlənilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/azerbaycanda-ekspo-2025-beynelxalq-sergisi-kecirile-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR