x
Loading...

Formula 1 bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsi müddəti açıqlandı

Formula 1 bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsi müddəti açıqlandı
13:50 6 İyun 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Formula 1 Azərbaycan Qran Prisinə bilet alan tamaşaçılar iyunun 1-dən şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişdirə bilirlər. Bu proses iyunun 25-i yarış başlayanadək davam edəcək.

Bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini gətirməlidirlər. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.

Onlayn alınan bilet vauçerləri 2017 Formula 1 Azərbaycan Qran Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər.

Biletlə əlaqədar yaranmış sualları [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Satışda olan biletlər və tribunalar haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun: www.bakucitycircuit.com


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2763292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR