Formula 1 üçün vauçerlərin biletlə dəyişdirilməsinə başlanılıb - CƏDVƏL

Formula 1 üçün vauçerlərin biletlə dəyişdirilməsinə başlanılıb - CƏDVƏL
14:12 6 İyun 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Formula 1 Azərbaycan Qran Prisinə alının bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsi prosesinə başlanılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Milli.Az-a verilən məlumata görə, Formula 1 Azərbaycan Qran Prisinə bilet alan tamaşaçıların nəzərinə çatdırılır ki, iyunun 1-dən etibarən şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişmək mümkün olacaq. Bu proses iyunun 25-i yarış başlayanadək davam edəcək.

Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini gətirməlidirlər. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.

Onlayn alınan bilet vauçerləri 2017 Formula 1 Azərbaycan Qran Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər.

Biletlə əlaqədar yaranmış sualları bilet@bakugp.az elektron ünvanına göndərə bilərsiniz.

Satışda olan biletlər və tribunalar haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun: www.bakucitycircuit.com

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR