"Valverde baxımlı və maraqlı futbolu sevən mütəxəssisdir"

"Valverde baxımlı və maraqlı futbolu sevən mütəxəssisdir"
14:32 6 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın müdafiəçisi Ektor Belyerin "Mundo Deportivo" nəşrinə müsahibə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc futbolçu "Barcelona"da yeni məşqçi təyinatı barədə sualı belə cavablandırıb.

"İngiltərədə "Real" və "Barselona"dan başqa digər klubların oyunlarını izləmək çətindir. Buna baxmayaraq "Athletik"in oyunlarına baxmaq imkanım olub. Valverde baxımlı və maraqlı futbolu sevən mütəxəssisdir. O, rəhbərlik etdiyi komandalarda işinin öhdəsindən layiqincə gəlməyi bacarıb. O, "Barselona" üçün yaxşı məşqçidir".

İspniyalı futbolçu etirməsi olduğu "Barselona"ya qayıtmaq ehtimalına da münasibət bildirib.

"Çoxlarının bu barədə danışdığından xəbərim var. Adımın belə klubla yanaşı hallandırılması məni sevindirir. Amma burda məndən asılı bir şey yoxdur. "Barselona" mənimlə əlaqə saxlamayıb. Bütün səviyyəli futbolçular Çempionlar Liqasında mübarizə aparan klublarda oynamaq istəyir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR