“Unikal” qəzeti və “Unikal.org” internet portalının 7 yaşı tamam olur

“Unikal” qəzeti və “Unikal.org” internet portalının 7 yaşı tamam olur
14:47 6 İyun 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün “Unikal” qəzeti və “Unikal.org” internet portalının fəaliyyətə başlamasının ildönümüdür.
“Report”un xəbərinə görə, hər iki media qurumunun 7 yaşı tamam olur.
Bu media qurumları ilk xəbərini oxuculara 2010-cu il iyunun 6-da təqdim edib.
Üç ildən çoxdur ki,”Unikal” qəzeti Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan maliyyələşir və layihə icra edir.
Gündəlik olaraq nəşr olunan qəzet və “Unikal.org” fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlər, siyasi və iqtisadi təhlillərlə çıxır. Buna görə də hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir.
"Unikal.org"-a istifadəçilər təkcə Azərbaycandan deyil, dünyanın bir çox ölkələrindən daxil olur.
Gün ərzində saytda müxtəlif sahələri əhatə edən 100-dən çox xəbər yayımlanır.
“Unikal” qəzeti və “Unikal.org” saytı Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir.
Yeddi yaşı münasibəti ilə “Unikal” qəzeti və “Unikal.org” saytının oxucularının hər birini təbrik edirik!

Xəbərin orijinal ünvanı: https://report.az/media/unikal-qezeti-ve-unikal-org-internet-portalinin-7-yasi-tamam-olur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR