Arda Turanın hücum etdiyi jurnalist danışdı

Arda Turanın hücum etdiyi jurnalist danışdı
15:47 6 İyun 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyəli futbolçu Arda Turanın təyyarədə hücum etdiyi jurnalist Bilal Meşe yaşanan olayla bağlı danışıb. 


Fanat.Az xəbər verir ki, Bilal Meşe hadisəni belə təsvir edib:


"Təyyarəyə mindik, kəmərləri təzə bağlamışdım ki, birdən yanımda Bilal Meşe deyə qışqıran Arda peyda oldu. Əvvəlcə elə bildim ki, zarafat edir, lakin sifətində qəribə bir ifadə gördüm. Söyüş söyməyə başladı, fotomüxbirimiz Vedat Danacı gəldi və Ardanı sakitləşdirməyə çalışdı. Atdığı ilk yumruq boşa getdi, çünki Vedat Danacı ona mane oldu. Hadisəyə müdaxilə elə mühafizəçiyi də təhqir etdi, Fatih Terim isə hadisəyə müdaxilə etmədi, yoxsa daha pis şeylər ola bilərdi."


Qeyd edək ki, Bilal Meşe futbolçudan şikayət edəcəyini açıqlayıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-arda-turann-hucum-etdiyi-jurnalist-dand-t58559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR