x
Loading...

Bakıda sərnişin avtobusları toqquşdu: xəsarət alanlar var

Bakıda sərnişin avtobusları toqquşdu: xəsarət alanlar var
15:59 6 İyun 2017
36 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda avtobus qəzası baş verib.
 
APA-nın məlumatına görə, Zabrat yolunda 198 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu 163 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu ilə toqquşub. Nəticədə avtobusda olan iki nəfər xəsarət alıb. Onlar 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.
 
Xəstəxanadan APA-ya verilən məlumata görə, həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
 
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin APA-ya bildirib ki, hadisə ilə bağlı agentliyə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanıb: “Hər iki avtobusun qəza vaxtı sürət həddini müəyyənləşdirməkdən ötrü GPS məlumatlarına baxılacaq.  Hadisə hansı marşrut xəttinin günahı üzündən baş veribsə, onunla bağlı tədbir görüləcək”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR