x
Loading...

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi: Bakı Lift İdarəsinin rəisi ilə bağlı müraciət edilməyib

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi: Bakı Lift İdarəsinin rəisi ilə bağlı müraciət edilməyib
16:01 6 İyun 2017
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Adı qalmaqal və korrupsiyada hallanan Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilməyib.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

O bildirib ki, bu məsələ ilə bağlı Baş İdarəyə müraciət daxil olsaydı, ictimaiyyətə məlumat verilərdi:

“Baş İdarə tərəfindən istənilən müraciətlə bağlı rəsmi aradırma aparılır. Belə araşdırmalar olanda ictimaiyyətə də açıqlayırıq. Konkret bu məsələ ilə bağlı müraciət olunmayıb. Əgər bununla bağlı Baş İdarənin məlumatı yayılmayıbsa, deməli, müraciət edilməyib”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2763392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR