“İşğal altında: Şuşa. Qisas” kompüter oyununun yeni versiyası hazırlanıb

“İşğal altında: Şuşa. Qisas” kompüter oyununun yeni versiyası hazırlanıb
16:07 6 İyun 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün “İşğal altında: Şuşa. Qisas” kompüter oyununun və “Qarabağı tanı” kitabının təqdimat mərasimi keçirilib.
“Report” xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və digər rəsmilər iştirak ediblər.
"AzDimension" şirkətinin rəsmisi Fərid Haqverdiyev çıxış edərək bildirib ki, “İşğal altında: Şuşa. Qisas” oyunu 2012-ci ildə istehsal edilən “İşğal altında: Şuşa” oyununun yeni versiyasıdır: “Əvvəlki versiya ilə müqayisədə həm texniki göstəricilər, həm də oyunun süjeti yenilənərək inkişaf etdirilib. Oyun üç - Azərbaycan, rus və ingilis dillərindədir. Oyunların yüklənməsi pulsuzdur. Bu ilin sonunda isə macəra triller janrında qurulan “Sonuncu dalan” kompüter oyunun istifadəyə verilməsi planlaşdırılır".
Gənclər və idman naziri Azad Rəhimov deyib ki, bu gün ölkədəki gənclər və uşaqlar vətənpərvər ruhda böyüməlidir: “Ona görə də belə layihələrin davamlı olması vacibdir. Bizim gənclərdə bu cür layihələrin reallaşdırılmasına maraq böyüməli və inanmalıdırlar ki, işğal altında olan torpaqlarımız Azərbaycana geri qaytarılacaq. O gün olacaq ki, həmin ərazilərdə olan gözəl abidələrin qurulmasında bugünkü gənclərimizin də əməyi olacaq. Sevindirici haldır ki, bu gün İT sahəsində gənclərimizin istedadı böyükdür. Ona görə də gəncləri bu sahəyə daha çox cəlb etmək lazımdır”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, tarixi yaddaşlara qayıdılan belə layihələrin olması alqışlanan addımdır: “Tariximizə yazılan qanlı səhifələr var. Təəssüf ki, bugünkü gənclərimizin çoxu Şuşanın, Qarabağın gözəlliklərini görməyiblər. İnanıram ki, dövlət başçısı İlham Əliyevin yürütdüyü düşünülmüş düzgün siyasəti nəticəsində tezlliklə bu gözəlliyin şahidi olacaqlar”.
Xatırladaq ki, oyun Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "AzDimension" şirkəti tərəfindən hazırlanıb. Daha əvvəl bu şirkət tərəfindən “İşğal altında: Ağdam” oyunun hazırlanmasını dəstəkləyib.
Tədbirdə həmçinin “Qarabağı tanı” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə üçlü formatda hazırlanan “Şuşa kitabı” da təqdim olunub. Bu kitab uşaq və gənclərin Şuşada yerləşən tarixi və mədəniyyət abidələri haqqında ətraflı məlumat əldə etməsinə imkan yaradır. Şuşa qalası, Natavan bulağı, Gövhər-ağa məscidi, karvansaray və digər abidələr kitabda yer alıb.  






Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/i-sgal-altinda-susa-qisas-komputer-oyununun-yeni-versiyasi-hazirlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR