"Bank sektoru ilə bağlı diqqətli olmağa çalışırıq" - Kamran Əliyev

"Bank sektoru ilə bağlı diqqətli olmağa çalışırıq" - Kamran Əliyev
16:12 6 İyun 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

"Tərəfimizdən bank işləri ilə bağlı müxtəlif cinayət işlərinin istintaqı aparılır. İbtidai araşdırmalar da gedir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
 
K. Əliyev bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və Hesablama Palatası tərəfindən aparılan araşdırmalar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilir və araşdırılır: "Bank sahəsinin öz qanunları var. Biz bu xətti gözləməliyik ki, bank sektorunun fəaliyyətinə mane olmayaq. Bu, həm də özəl sektora aiddir. Bu araşdırmalar sektorun inkişafına təkan verməlidir. Biz cinayət təqibi vasitələrindən son zərurət kimi istifadə edirik. Yalnız açıq-aydın mənimsəmə faktları olduqda, birbaşa müdaxilə edirik.
 
Hər pozuntu cinayət deyil. Bank qanunvericiliyinin pozulması, hansısa inzibati pozuntular, səhlənkarlıqlar ola bilər. Ona görə də çalışırıq ki, bu sahədə diqqətli, həssas olaq. Bu məsələdə bank mütəxəssislərinin köməyindən də istifadə edirik. Biz hüquqşünasıq, məsuliyyəti həddindən artıq üzərimizə götürmək də düzgün olmaz".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR