1 milyon dollarlıq futbolçu üçün danışıqlar başlayır - BAKIDA

1 milyon dollarlıq futbolçu üçün danışıqlar başlayır - BAKIDA
11:09 8 Yanvar 2015
148 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Qranada” klubunun futbolçusu Eddi İsrafilovun Azərbaycan yığmasında oynamaq variantı reallaşmaq üzrədi. Apasport.az saytının məlumatına görə, futbolçunun anası, ögey atası və meneceri artıq Bakıdadı.

 

Gecə saatlarında Azərbaycana gələn qonaqlar otellərin birində yerləşdiriliblər. Uçuş yubandığından, İsrafilovun valideynləri və meneceri Bakıya gözlənilən vaxtdan gec çatası olublar. Hazırda istirahət edən qonaqlar bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcəklər. Görüşdə İsrafilovun Azərbaycan millisində oynamaq məsələsi müzakirə ediləcək.

 

Qeyd edək ki, anası azərbaycanlı, atası anqolalı olan Eddi İsrafilovun millimizdə oynamaq variantı bir dəfə də gündəmə gəlsə də, danışıqlar baş tutmamışdı.

Lent.az-ın məlumatına görə,  İsrafilovun meneceri və anası bir qədər əvvəl onun millidə çıxışı üçün AFFA-dan 1 milyon dollar istəmişdilər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189729

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR