"Hər şey çox gözəl təşkil olunub" - Formula 1-in yarış direktoru - FOTO

"Hər şey çox gözəl təşkil olunub" - Formula 1-in yarış direktoru - FOTO
16:32 6 İyun 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı trası və şəhər Formula 1 yarışları üçün tam hazır vəziyyətdədir. Hər şey çox gözəl təşkil olunub. Bu il şəhər halqası ötən ilə nisbətən daha hazırlıqlıdır". 

Milli.Az xəbər verir ki, bunu Formula 1-in yarış direktoru, Beynəlxalq Avtomobil Federasiyasının  təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Çatli Uaytinq Azərbaycan Qran Prisinə son hazırlıqlarla bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ötən il Bakıda yarış xoş sürprizlə yadda qalmışdı: "Əminəm ki, bu il də hər şey çox yaxşı olacaq". 

Ç.Uaytinq həmçinin trasda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil edildiyini və heç bir ciddi təhlükənin olmadığını əlavə edib.

Qeyd edək ki,  2017 Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar iyunun 19-dan etibarən Bakıya gələcəklər. İyunun 21-də isə Formula 1 pilotları, xarici mətbuat nümayəndələri, avtomobil federasiyaları və Formula 1 rəhbərliyinin hamısı Bakıda olacaq. İyunun 23-dən etibarən pilotların əsas məşqləri başlayacaq, daha sonra yarışlara start veriləcək. Yarışlar iyunun 25-də başa çatacaq.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR