x
Loading...

Arda milli komandadan qovuldu

Arda milli komandadan qovuldu
17:12 6 İyun 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

"Barselona"da çıxış edən Türkiyə millisinin kapitanı Arda Turanın Makedoniya matçından qayıdarkən jurnalist Bilal Meşeyə təyyarədə hücum edərək boğazından yapışıb, təhqir etdiyi haqda məlumat vermişdik. Hadisənin ardından Sloveniya düşərgəsində nələr olacağı maraqla gözlənilərkən Fatih Terim hər kəsi təəccübləndirəcək qərar verib.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən və Ali Dürüst hadisədən dərhal sonra Fatih Terimin də qatıldığı bir toplantı keçirib. Vəziyyət qiymətləndirildikdən sonra Terim Arda ilə şəxsən görüşüb.

Görüşdən sonra Terim Arda Turanı Kosova matçının heyətindən çıxararaq düşərgədən göndərib. Arda Turan da əşyalarını yığaraq komandanı tərk edib.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR