"Bu il Bakıda Formula 1 yarışında sürət rekordu qırılacaq" - Çarli Uaytinq

"Bu il Bakıda Formula 1 yarışında sürət rekordu qırılacaq" - Çarli Uaytinq
17:32 6 İyun 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu il keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində yarışın nəticələrinə əsasən maksimal sürətin artmasını gözləmirik, əksinə sürət bir qədər azala bilər. Çünki bolidlərin və təkərlərin bir qədər enlənməsi səbəbindən ötən ildən daha yüksək sürətin olması gözlənilmir".

Milli.Az xəbər verir ki, bunu Formula 1-in yarış direktoru, Beynəlxalq Avtomobil Federasiyasının  (FİA) təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Çatli Uaytinq Azərbaycan Qran Prisinə son hazırlıqlarla bağlı keçirilən brifinqdə deyib.

Lakin bununla belə Ç. Uaytinq qeyd edib ki, bu il də Bakıda rekord qeydə alına bilər: "Bu il Bakı trasında ümumilikdə sürətin yüksək olacağını düşünmürəm. Ötən  il maksimal sürət 378km/saat olub. Bu il də o qədər və ya bir qədər az sürətin olacağını ehtimal edirəm. Amma bu dövrə rekordu qırıla bilər. Böyük ehtimalla rekord bu il qırılacaq"

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1-də dövrə rekordu, yəni 6 km-lik dövrənin qət edilməsi 1 dəq 46 saniyə olmuşdu.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR