Fermada ″Qrad″ raketinin motoru aşkarlandı

Ağdam rayonu Əfətli kəndində fermaya baxış keçirilib, 1 ədəd partlamış ″Qrad″ raketinin motor hissəsi aşkar edilərək götürülüb. (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Metbuat.az-a verilən məlumata görə, ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 06 iyun 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 10 əkin sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 162 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 665 ədəd partlamamış hərbi sursat, 182 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 3 761 967 kv.m ərazi (643 782 kv.m əl ilə, 1 313 240 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 691 945 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR