Azərbaycan və Rusiya arasında gömrük sahəsində hüquqpozmalara qarşı birgə mübarizə mövzusunda görüş keçirilib

Azərbaycan və Rusiya arasında gömrük sahəsində hüquqpozmalara qarşı birgə mübarizə mövzusunda görüş keçirilib
17:42 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün Rusiyanın Yessentuki şəhərində Azərbaycan və Rusiya gömrük xidmətlərinin gömrük sahəsində hüquqpozmalara qarşı birgə mübarizə mövzusunda görüşü keçirilib. 
Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Məlumatda deyilir ki, görüşdə DGK sədrinin müavini Şahin Bağırovun və Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Anatoliy Serışevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib.
İkitərəfli görüş çərçivəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı birgə mübarizə məqsədilə Azərbaycan və Rusiya gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.



Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-ve-rusiya-arasinda-gomruk-sahesinde-huquqpozmalara-qarsi-birge-mubarize-movzusunda-gorus

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR