Nəriman Əzimovun xatirəsi anıldı

Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, tanınmış dirijor Nəriman Əzimovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Filarmoniyadan verilən məlumata görə, tədbir “Mədəniyyət” kanalı, Azərbaycan radiosu və Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşib. Gecədə çıxış edən “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov dirijorun həyat və fəaliyyətindən danışıb. R.Qasımov bildirib ki, yüzlərlə mahnı və musiqi əsərlərinin müəllifi olan sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında və dünyada tanıdılmasında əvəzsiz xidmətləri var.

Qeyd edilib ki, görkəmli sənətkar Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru olmaqla yanaşı, tar və xalq çalğı alətləri orkestri üçün musiqilərin, eləcə də “Xatirə”, “Qaynana əməliyyatı”, “Özəlim – gözəlim” əsərlərinin müəllifidir.

Tədbir sənətkarın xatirəsinə həsr edilmiş konsert proqramı ilə davam edib.

Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin müşayiəti ilə konsertdə görkəmli bəstəkarlarımızın əsərləri səsləndirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru, əməkdar artist Faiq Sadıqovdur. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR