Stadion tikintisində oğurluq - Sabiq nazir həbs edildi

Stadion tikintisində oğurluq - Sabiq nazir həbs edildi
18:42 6 İyun 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliyanın keçmiş turizm naziri Enrike Eduardu Alves Natal şəhərində futbol stadionunun tikintisi zamanı oğurluq faktı ilə bağlı həbs olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, keçmiş nazir korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur.

Məlumatda qeyd olunur ki, 2014-cü ildə keçirilmiş futbol üzrə dünya çempionatı üçün nəzərdə tutulan "Arena-das-Dunas" stadionunun tikinti dəyərinə əlavə olaraq 23 milyon dollardan çox məbləğ artırılıb.

Bu məbləğin böyük hissəsinin tikinti şirkətlərinə yardım edən məmurlara ödənildiyi bildirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR