Arda milli karyerasını bitirdi! - SON DURUM

Arda milli karyerasını bitirdi!  - SON DURUM
18:47 6 İyun 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

“Yaşananlar olduqca üzücüdü. Ortada millinin adı varsa, bu olay baş verməməliydi”. Fanat.Az xəbər verir ki, bu sözləri Arda Turan deyib.

 

Makedoniya ilə yoldaşlıq görüşünün ardından təyyarədə jurnalist Bilal Meşenə fiziki təzyiq göstərən və onu təhqir edən Arda bu gün milli komandadan uzaqlaşdırılıb.

 

Ulduz futbolçu bununla bağlı düzənlədiyi mətbuat konfransında yığma karyerasını bitirdiyini bəyan edib: “Bu hərəkətimə görə peşman deyiləm. Özümü quş kimi hiss edirəm. Yığmanın forması əynimdə olarkən səhv etdim və məşqçilər korpusu ilə görüşüb, Kosovo ilə matçda oynamamaq qərarına gəldim. Bu gün 2012-ci ildən bəri Türkiyə futboluna hərtərəfli xidmət etmiş, pulu düşünmədən ölkəsini sevən bir insan kimi önünüzdəyəm. İndiyə qədər birgə çalışdığım hər kəsə təşəkkür edirəm. Hər hərəkətin bir qarşılığı olmalıdı. Mən də bu hərəkətimin əvəzində milli karyeramı başa vururam”.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-arda-milli-karyerasn-bitirdi-t58566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR