Biabırçı karikaturalar dünya mediasını ikiyə böldü - FOTO

Biabırçı karikaturalar dünya mediasını ikiyə böldü - FOTO
11:12 8 Yanvar 2015
130 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın bir sıra məşhur media strukturları "Charlie Hebdo" satirik jurnalına hücumun səbəbi olduğu iddia edilən karikaturaları yenidən dərc ediblər.
Milli.Az CNN Money-ə istinadən bildirir ki, bu strukturlar arasında Business Insider və Huffington Post da var.
 
Daily Beast-in saytında isə "Charlie Hebdo"nun 2011-ci ildə dərc etdiyi ən qalmaqallı 11 karikaturası dərc olunub. Daily Beast-in baş redaktoru Noy Şahtmanın dediyinə görə, Fransadakı jurnalla həmrəyliyi nümayiş etdirmək üçün zərrə qədər tərəddüd etməyib.
Deutsche Welle bildirir ki, karikaturaları Almaniyanın ən nüfuzlu qəzetləri də dərc ediblər.
 
Bununla belə, ən nüfuzlu media strukturları Məhəmməd Peyğəmbərin təhqir olunduğu karikaturaları dərc etməyiblər. Onların arasında ABŞ-ın NBC, CNN, ABC və CBS telekanallarının saytları da var.
 
Britaniyanın The Telegraph, ABŞ-ın New York Daily News və The New York Times qəzetləri müsəlmanların hisslərini təhqir etməmək üçün biabırçı karikaturaları dərc etməyiblər.
 
Aralarında Associated Press də olan məşhur informasiya agentlikləri isə "Charlie Hebdo" jurnalının üz qapaqlarının fotolarını yaysalar da, o fotolardakı karikaturalar silinmişdi.
 
Milli.Az
 







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR