Gürcüstan parlamentinin sədri: “Konstitusiyaya dəyişikliklər payızda qəbul ediləcək”

Gürcüstan parlamentinin sədri: “Konstitusiyaya dəyişikliklər payızda qəbul ediləcək”
19:57 6 İyun 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Gürcüstan Konstitusiyasına dəyişikliklər bu ilin oktyarbında parlamentin sessiyasında təsdiqlənəcək.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, iyunun 9-dək Konstitusiyadakı dəyişikliklərlə bağlı layihəyə parlamentin komitəsində baxılacaq və ondan sonra birinci oxunuş üçün parlamentin iclasına təqdim ediləcək.
İrakli Kobaxidze parlamentin iyunda layihənin ikinci oxunuşunun da olacağını gözlədiyini vurğulayıb: “Birinci oxunuş iyunun 18-də olmalıdır. İyunun sonunda isə ikinci oxunuş keçiriləcək. Üçüncünün isə parlamentin payız sessiyasında olacağı nəzərdə tutulub” .

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustan-parlamentinin-sedri-konstitusiyaya-deyisiklikler-payizda-qebul-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR