x
Loading...

Saxtakar sürücü bir gündə bu üsulla 16 qayda pozdu - VİDEO

Saxtakar sürücü bir gündə bu üsulla 16 qayda pozdu - VİDEO
21:12 6 İyun 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə sakini maşının dövlət qeydiyyat nişanının "C" hərfini dəyişərək "O" hərfinə çevirib. Bir müddət belə avtomobil idarə edən sürücünün dəyişdiyi nömrə isə tamam başqa bir avtomobilə aid olduğundan cərimələr ona göndərilib. Məlum olub ki, saxtakar sürücü bir gündə bu üsulla 16 qayda pozub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sürücü avtomobilinin dövlət qeydiyyat nişanındakı bir hərfi yapışqan lentlə dəyişdirdiyi üçün adına göndərilən cərimə protokolları başqasına çatır.
Gəncə şəhərindən olan bir sürücü "Hyundai" markalı avtomobilinin dövlət qeydiyyat nişanın "C" hərfini yapışqan lentlə "O" hərfinə çevirib. Avtomobili bir müddət bu şəkildə idarə edən sürücünün pozduğu qaydalara görə tərtib edilmiş cərimə protokolları da dəyişilmiş nömrənin sahibinə göndərilib. Həmin nömrə isə "Toyota-Land Gruiser" markalı avtomobilə aid olub.
Törətmədiyi qayda pozuntularına elektron protokolların yazılması sahibini şübhələndirib. Protokola diqqətlə baxdıqdan sonra fırıldağı müəyən edib.
Dövlət yol polisi aşkarlayıb ki, "CK" hərfləri olan nömrəyə qeyri-qanuni müdaxilə edən "Hyundai" markalı avtomobilin sürücüsü cərimələrdən xilas olacağını düşünüb.
Baş Dövlət yol Polis İdarəsinin şöbə rəisi Kamran əliyev sürücülərə bir daha xəbərdarlıq edərək bildirir ki, son zamanlar artan belə saxtalaşdırma hallarına yol verənlər mütləq polis tərəfindən aşkarlanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR