Yatmadan əvvəl telefona baxmaq vərdişinin sağlamlığa bir çox zərəri var.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, uşaqdan böyüyə hər kəsin əlindəki smartfonlar hər an yanımızdadır. Bütün gün əlimizdən düşnəyən bu telefonlar, yatarkən də yanımızda olur.
Bir çoxumuz da yatmadan əvvəl son bir dəfə nələrəsə baxmaq üçün smartfonlara göz gəzdiririk. Bəs bu vərdişin bizə zərər vurduğunu bilirsinizmi?
Gecə süni işığa baxmaq yuxunu və oyaq olmaq müddətini tənzimləyən melatonin hormonunun istehsalını azaldır. Melatonin isə, sağlamlığımız üçün olduqca önəmli funksiyalar daşıyır. Aşağı melatonin səviyyəsi depressiya, xərçəng, köklük, ürək xəstəlikləri və zəif immun sistemi ilə nəticələnə bilər. Bu səbəblə erkən yatmaq sağlamlıq üçün yaxşı üstünlükdür.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində