Abşeron rayonunda uşaq ölümü ilə nəticələnən bədbəxt hadisə qeydə alınıb.
5 yaşlı uşaq Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşən hündürmərtəbəli binalardan birinin 7-ci mərtəbəsindən yerə yıxılaraq ölüb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə yaşayış kompleksinin ərazisində baş verib. Ərazidəki binalardan birinin birinci mərtəbəsinə qonaq gələn ailənin 5 yaşlı uşağı - Əsədova Məryəm Vüsal qızı nəzarətsiz qalaraq 7-ci mərtəbəyə çıxıb və pilləkən qəfəsinin pəncərəsindən yerə yıxılıb. Məryəm Əsədova hadisə nəticəsində dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin: