x
Loading...
.

Beynəlxalq konfransda 150-dən çox məruzə dinlənildi

Beynəlxalq konfransda 150-dən çox məruzə dinlənildi
21:44 6 İyun 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Müasir dövrdə Azərbaycan Respublikasında hüquq elminin və təhsilinin əsas inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi-praktik konfrans başa çatıb.

 

BDU-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan, Ukrayna və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri konfransın “İnsan hüquqları və informasiya hüququ”, “Beynəlxalq hüquq və Avropa hüququ”, “Hüquq nəzəriyyəsi və konstitusiya hüququ”, “Cinayət hüququ, cinayət prosesi və kriminalistika”, “Mülki hüquq, kommersiya hüququ və əmək hüququ” bölmələrində ümumilikdə 150-dən çox məruzə dinlənilib.

 

“Cinayət hüququ, cinayət prosesi və kriminalistika” bölməsində cinayət, cinayət prosessual və cəza-icra qanunvericiliklərinin təkmilləşdirilməsi istiqamətində kompleks məsələlər müzakirə edilib, işğal altında olan nəzarətsiz ərazilərdə insan hüquqlarının müdafiəsi məsələlərinə xüsusi yer ayrılıb.

 

Eyni zamanda, Ukrayna Vəkillik Akademiyası ilə cinayət hüququ, cinayət prosesi və kriminalistika elmləri sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR