Yuxu dərmanları siqaret qədər təhlükəlidir

Yuxu dərmanları siqaret qədər təhlükəlidir
21:47 6 İyun 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Yuxu həblərinin hər gün çəkilən 1 qutu siqaret qədər təhlükəli olduğu bildirilib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yuxuya rahat getmək üçün qəbul edilən həblərin insan sağlamlığını təhlükəyə atdığı məlum olub.
 
Daily Mail-də gedən xəbərə görə, aparılan araşdırmalar yuxu həblərinin gündə bir qutu siqaret çəkmək qədər təhlükəli olduğunu müəyyən edib. Bu həblərin xərçəng, insult və hətta infarkt ilə əlaqəli olması tədqiqatçılar tərəfindən qeyd edilib.
 
Arizona Dövlət Universitetinin yuxu üzrə mütəxəssisi Şon Yonqstet yaxşıca yuxuya getmək istəyənlərə məşq etmələrini təklif edir. Bu qısa müddətli fiziki fəallığın insanı təbii olaraq yuxuya getməyə yönəldəcəyini deyən Yonqstet, bunun maddələr mübadiləsini də sürətləndirdiyini deyir.
 
Yonqstet CNN-nə verdiyi müsahibəsində belə deyib: "Yuxu həbləri həddindən artıq təhlükəlidir, gündə 1 qutu siqaret çəkmək qədər pisdir. Yaşlılarda infeksiyalara, demanslara səbəb olmasından əlavə, bir neçə həftə sonra fəallıqlarını də itirirlər. Bunun əvəzinə, nizamlı bir yuxu üçün daha sağlam, daha ucuz və edilməsi asan bir üsul var. Araşdırmalar fiziki olaraq aktiv olanların yuxusuzluq problemi yaşamadığını göstərir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR