Ramazan ayında açılan rəhmət qapılarını bağlanmağa qoymayaq

Ramazan ayında açılan rəhmət qapılarını bağlanmağa qoymayaq
21:52 6 İyun 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsan ya behişt yolunu gedər və ya cəhənnəm yolunu. İnsan ya behişt əhli olar, ya da cəhənnəm əhli - üçüncü yol yoxdur.

"Odur ki, sizin həqiqi Rəbbiniz həmin Allahdır. Və həqiqətdən sonra zəlalətdən başqa nə vardır? Belə isə, necə və haraya döndərilirsiniz?!". ("Yunus" 32).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər haqq deyilsə, demək batildir. Biz bir şama bənzəyirik ki, daima yanırıq. Əgər ömrümüzü Allah və İmam Zaman (ə.f) yolunda yanarsa, deməli, xilas olmuşlardanıq. Əks halda deyil.
Həzrət Peyğəmbər (s) buyurur: "O Kəsin ki, bu aləmə əhatəsi vardır, hava və həvəsinə görə söz deməz. "O, (Qur'anın və İlahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır". ("Nəcm" 3). Ey insanlar! Ramazan ayında behiştin qapıları sizin üzərinizə açıqdır. Allahdan istəyin ki, bu qapılar sizin üzünüzə həmişə açıq olsun".
O şey ki, bizi Allaha yaxınlaşdırar, bizi behişt əhlindən edər. Ramazan ayında bir çoxları məscidlərə gələr, namaz qılar və səhər tezdən yuxudan ayılarlar. Ancaq bu ay bitəndən sonra bütün bu deyilənləri tərk edərlər. Çalışmalıyıq ki, açılmış behişt qapılarını üzümüzə bağlamayaq.
Ayətullah Mərəşi Nəcəfi buyurur: "Çalışın ki, səhər durasınız. Qəribə dəqiqələrdir. Əgər namaz qılmaq üçün halınız olmasa, mütaliə edin, zikr deyin, istiğfar edin".
Mərhum Şeyx Rəcəbəli Xəyyat deyir: "Hətta əgər insanın namaz qılmaq üçün halı olmasa belə, yatağında desin: "Allahım, mən çarəsizəm, əlimdən tut"".
Mübarək Ramazan ayı - rəhmət ayıdır. Bu ay Allahın ən istisna aylarındandır və bu ay insanın gələn ildəki taleyini həll edər. Günahkarların bir çoxu bağışlanar və möminlərin bir çoxu mənəvi baxımdan yüksələrlər.
Ramazan ayını dərk edənlər iki dəstədirlər. Ya bağışlanar və İmam Zamana (ə.f) yaxınlaşarlar, ya da məlun olub İlahi rəhmətdən məhrum olarlar. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, Ramazan ayını dərk edər və bağışlanmazsa, məlundur. İlahi rəhmətdən uzaq olar".
Həzrət Peyğəmbər (s) üç pilləsi olan minbərə çıxan zaman hər pilləsində amin deyirdi. Ondan bu işin səbəbini soruşurlar və Həzrət (s) buyurur: "Birinci pilləyə ayağımı qoyan zaman Cəbrayil (ə) dua etdi ki, hər kim Ramazan ayını dərk edər və bağışlanmazsa, Allah ona lənət etsin, mən də amin dedim. İkinci pilləyə ayağımı qoyan zaman Cəbrayil (ə) dua etdi ki, hər kəs öz ata və anasına hörmət etməzsə, məlundur, mən də amin dedim. Üçüncü pillədə Cəbrayil (ə) dua etdi ki, hər kim mənim adımı eşidib salavat göndərməzsə, bağışlanmaz, İlahi rəhmətdən uzaq olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Bədbəxt o kəsdir ki, bu Ramazan ayında bağışlanılmaz. Allah Təala Ramazan ayında yüz milyon nəfəri cəhənnəm atəşindən azad edər. Əgər kimsə Allahın geniş rəhmətinə nail olmazsa, həqiqətən bədbəxtdir".
Ramazan ayında edilən hər bir əməl xüsusi təsirə malikdir. İmam Səccad (ə) belə dua edir: "Allahım, əgər məni cəhənnəmə aparsan düşmənlərin sevinər. Şeytan şad olar. Ancaq əgər məni behiştə aparsan, Peyğəmbərin (s) şad olar. Allaha and olsun ki, mən bilirəm ki, Sənin yanında Peyğəmbərin (s) sevinci, düşmənlərinin sevincindən daha üstündür".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR