Vəbadan 681 insan öldü

Vəbadan 681 insan öldü
21:52 6 İyun 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Yəməndə tüğyan edən vəba epidemiyasından ölənlərin sayı hər gün artır.

Milli.Az modern.az-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı həyəcan təbili çalıb və acınacaqlı statistikanı təsdiqləyib. Son statistik məlumata görə, ölkədə 86,4 min vəbaya tutulma faktı qeydə alınıb. Bunun da 681-i ölümlə nəticələnib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ölkə ərazisində 24 minə yaxın adamın bu xəstəliyə yoluxma ehtimalının olduğunu bildirib.
Yəmən hakimiyyəti vəba epidemiyası təhlükəsi barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib.
Məlumata görə, yoluxma riskinin yüksək olduğu bölgələrdə ümumilikdə 7,6 milyon adam yaşayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR