x
Loading...

Güclü külək Lerik rayonunu işıqsız qoyub

Güclü külək Lerik rayonunu işıqsız qoyub
22:02 6 İyun 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Lerik. 6 iyun. REPORT.AZ/ Lerikdə əsən güclü külək rayona verilən elektrik enerjisinin kəsilməsinə səbəb olub.
"Report"un Cənub bürosu xəbər verir ki, axşam 19:00 radələrindən başlayaraq rayona 20 dəqiqə ərzində güclü küləklə müşayiət olunan leysan yağışı və qısa müddətli dolu yağıb.
İldırım çaxması səbəbindən rayonu elektrik enerjisi ilə təmin edən yarımstansiyada 3510 kilovoltluq xətdə transformatorun yağ açarında qəza baş verib. Bu səbəbdən rayona verilən elektrik enerjisi kəsilib. Bu, hələlik dəyən ziyan barəsində ilkin məlumatdır. Sakinlər yağıntı və küləyin taxıl zəmilərinə də ziyan vuracağını söyləyirlər.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/guclu-kulek-lerik-rayonunu-isiqsiz-qoyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR