"Kosmosda da müharibə aparacağıq" - ABŞ HHQ qərargah rəisi

"Kosmosda da müharibə aparacağıq" - ABŞ HHQ qərargah rəisi
22:05 6 İyun 2017
27 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Silahlı Qüvvələri kosmik məkanı hərbi əməliyyatlar üçün potensial məkan kimi nəzərdən keçirməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Hərbi Hava Qüvvələri qərargahını rəisi Devid Qoldfin ABŞ Konresinin Senatında deyib.

Onun sözlərinə görə, bu, ABŞ üçün prioritet məsələlərdən biridir.

Qərargah rəisi deyib: "Kosmosla bağlı münasibətlərin necə dəyişdiyini izləyirik. Əvvəllər kosmos sülh məkanı kimi qəbul edilirdi, oradan müşahidələr aparılırdı. İndi isə kosmos elə bir zonaya çevrilir ki, biz orada vuruşmalı, qələbə qazanmalı, fəth etməli və kosmik üstünlüyü qoruyub saxlamalıyıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR