x
Loading...
.

Çində neft-kimya zavodundakı partlayış: 10 ölü

Çində neft-kimya zavodundakı partlayış: 10 ölü
22:42 6 İyun 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Şandun vilayətində neft-kimya zavodunda ötən gün baş verən partlayışda ölənlərin sayı 10-a çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xilasedicilər bu gün daha 2 nəfərin cəsədini dağıntılar altından tapıblar.

Sinxua agentliyi hadisə ilə əlaqədar yaradılmış fövqəladə komissiyaya istinadla xəbər verir ki, cəsədlərin kimlərə məxsus olması təsdiq olunub.

Xatırladaq ki, ötən gün gecə 1:00 radələrində Şandun vilayətinin Linyi şəhərindəki neft-kimya zavodunda sıxılmış maye qaz çəni partlamışdı. Yaranmış yanğın təxminən 13 saatdan sonra nəzarət altına alınmışdı. Hadisə nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanalara yerləşdirilib. Hazırda axtarış və təhqiqat işləri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR