Şeytanların (lən) həbs olunduğu ay

Şeytanların (lən) həbs olunduğu ay
22:42 6 İyun 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Ramazan ayı İlahi ziyafət ayı olduğu üçün, Allah Təala qonaq sahibi kimi qonaqlarını hər cür təhlükədən qorumuşdur. O cümlədən, onları şeytan (lən) və İblisin (lən) şərindən uzaq saxlamışdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Ramazan ayı istisna bir aydır ki, Allah bu ayda şeytanları zəncirə vurar və insanlara hakim olmağa qoymaz. Bu imtahan ayında insan vəsvəsədən və düşmənin şərindən amanda olar. Əgər bu ayda nəfsi istəklərinə qələbə çala bilsə, qalan aylarda da İlahi təqvası sayəsində qələbə çala biləcəkdir. Bu ayda bəndə bəsirət gözünü açar, yəqinə çatar, xeyir işlər vəhyi ilə bəhrələnər.
Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayının ilk günündə üsyankar şeytanlar bəndə vurular".
İmam Əli (ə) buyurur: "O zaman ki, Ramazan ayı gəlib çatardı, Peyğəmbər (s) ayağa qalxar və Allaha sitayiş edərdi. Sonra buyurardı: "Ey insanlar! Allah sizi cin və ins düşmənlərindən himayə etdi və buyurdu: "Məni çağırın ki, yerinə yetirim!". Sizə yerinə yetirmək vədini verdi. Bilin ki, həqiqətən Allah Təala hər bir üsyankar şeytan üçün yeddi nəfər mələk hakim etmişdir. O zamana qədər ki, bu ay sona çatmaz - azad ola bilməz".
Ona görə də bu ay insana Allaha yaxınlaşmaq və tövbə etmək üçün çoxlu fürsətlər verir. İnsan bu ayda Qurana yaxın olur və yaxşı əməllərinin sayını artırır.
Bu ayda hər bir kiçik əməl böyük dəyərə malikdir. Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan o aydır ki, əvvəli rəhmət, ortası bağışlanma, sonu isə cəhənnəm atəşindən azad olmaqdır".
Ona görə də bu ayın qədrini bilək və onun bərəkətlərindən lazımlı qədər istifadə edək. Bilək ki, bu ayda oxuduğumuz bir Quran ayəsi başqa aylarda oxunan bir Quranın savabına malikdir. Bilək ki, bu ayda nəfəslərimiz zikr və yatmağımız ibadətdir. Bilək ki, bu ayda qıldığımız müstəhəb namazlar başqa aylarda qıldığımız vacib namazların savabına malikdir. Bilək ki, səmanın qapıları açıqdır və Allah bizim tövbələrimizi eşidir və qəbul edə bilər. Hacətlərimizi eşidir və yerinə yetirə bilər.
Ona görə də bu fürsətləri əldən verməyək və təqva, iman, yəqinlik səviyyəmizi artırmağa çalışaq, müqərrəbinlərdən olaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR