Güclü külək Lerik və Cəlilabadda fəsadlar törətdi

Güclü külək Lerik və Cəlilabadda fəsadlar törətdi
22:59 6 İyun 2017
47 Digər
Ölkə mətbuatı
A- A+

Güclü külək səbəbindən Lerikdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayon ərazisində qısa müddət ərzində əsən güclü külək, daha sonra isə leysan yağışlar səbəbindən elektrik enerjisinin verilişində problemlər yaranıb. İldırım çaxması səbəbindən rayonu elektrik enerjisi ilə təmin edən yarımstansiyada 3510 kilovoltluq xətdə transformatorda yanğın baş verib. Bu səbəbdən rayona elektrik enerjisinin verilişi kəsilib. Bundan başqa rayonun bəzi ərazilərinə dolu düşüb. Yağan dolu bəzi taxıl zəmilərinə və meyvə ağaclarına ziyan vurub.

 

Bundan başqa, güclü külək səbəbindən Ələt –Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində problemlər yaranıb. Ələt –Astara yolunun 140-145-ci kilometrliyində, ayrı-ayrı yerlərdə 20-dən çox irigövdəli ağac kökündən qoparaq yolun hərəkət hissəsinə düşüb. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Yolun hərəkət hissəsinə düşmüş ağaclar doğranılaraq ərazidən uzaqlaşdırılır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR