x
Loading...
.

Güclü külək Ələt-Astara yolunda problemlər yaradıb - FOTO

Güclü külək Ələt-Astara yolunda problemlər yaradıb - FOTO
23:27 6 İyun 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Güclü külək səbəbindən Ələt -Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində problemlər yaranıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, magistralın 140-145-ci kilometrliyində, ayrı-ayrı yerlərdə 20-dən çox irigövdəli ağac kökündən qoparaq yolun hərəkət hissəsinə düşüb.

Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub.

Yolun hərəkət hissəsinə düşmüş ağaclar doğranılaraq ərazidən yığışdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR