Azərbaycan Türkiyəyə seysmik araşdırmalar üçün texnologiyalar ixrac edir

11:18 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

Türkiyə seysmik araşdırmalar aparmaq üçün Azərbaycanla "Robust Noise Monitoring" (RNM) - monitorinq sistemlərinin diaqnostikası və idarə edilməsi stansiyalarını birləşdirən birgə beynəlxalq şəbəkənin yaradılması layihəsinin reallaşdırılması üçün maliyyə mənbələri axtarır. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutundan bildiriblər.

RNM sistemi Türkiyə tərəfində 2012-ci ildə maraq doğurub. Türkiyə ərazisində (İstanbulda və İzmirdə) iki stansiyanın quraşdırılması üzrə ilkin razılaşma ötən il əldə olunub. Layihəyə Türkiyənin maliyyələşdirmə mənbələri cəlb etməsindən sonra start veriləcək.

Layihə "9 Eylül" Universiteti və İstanbulun Boğaziçi Universitetinin Serysmik Araşdırmalar Mərkəzi tərəfindən birgə reallaşdırılacaq.

Hazırda anomal hadisələrin proqnozlaşdırılması sisteminin stansiyası (10-a yaxın stansiya Azərbaycan ərazisində quraşdırılıb) Türkmənistanda fəaliyyət göstərir. Eksperimental işlərin müsbət nəticələri gələcəkdə Yunanıstan, Ukrayna, İtaliya, Makedoniya, Gürcüstan və başqa bu kimi ölkələrdə monitorinq sisteminin əhatə zonasını genişləndirməyə imkan verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR