“AtaSığorta” ASC “Çto? Qde? Koqda?” intellektual oyununun 2014-cü ilin finalçılarını mükafatlandırdı

“AtaSığorta” ASC “Çto? Qde? Koqda?” intellektual oyununun 2014-cü ilin finalçılarını mükafatlandırdı
11:18 8 Yanvar 2015
176 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

2014-cü il dekabrın 27-də AzTV kanalının axşam efirində “Çto? Qde? Koqda?” televiziya intellektual klubunun final oyunu baş tutmuşdu. Çətin, gərgin mübarizə şəraitində minimal üstünlüklə televiziya tamaşaçıları komandası 6:5 hesabı ilə qalib gəlmişdi.

Klubun şərtlərinə əsasən, final oyuununun ən yaxşı oyunçusu qalib çıxacağı anda super-prizə ümid edə bilərdi. 2014-cü ildə özünün 10 illik yubileyini bayram etməsi ilə əlaqədar, televiziya verilişinin daimi tərəfdaşı və sponsoru olan “AtaSığorta” ASC ən yaxşı televiziya tamaşaçısına 10 000 manat məbləğində super-priz təsis etmişdi.

Final oyununun sonunda baş sponsorun nümayəndəsi, “AtaSığorta” ASC-nin marketinq və kommuikasiyalar şöbəsinin rəisi Yusif Ağayev eyni zamanda iki tamaşaçını ən yaxşı oyunçu kimi seçdi və buna müvafiq olaraq, onlar arasında priz fondunun bölünməsi haqqında gözlənilməz qərarını verdi.

Bu bəxtəvərlər memar Sinan haqqında sualı göndərən tamaşaçı Anar Qasımov və tamaşaçılar komandasının kapitanı, Məşədi İbadın papağı haqqında sualın müəllifi Mürşüd İsmayılzadə oldu.

Yusif Ağayev ilin finalının yekunları üzrə videomüsahibəsində bütün tamaşaçıları qələbə münasibətilə təbrik etdi, onlara göstərdikləri fəallığa görə təşəkkür etdi və ümid etdiyini bildirdi ki, gələcəkdə də bu televiziya verilişinin efirində daha çox maraqlı və gözəl suallar olacaq, və onların arasında Azərbaycan tarixi, mədəniyyəti, elmi və ədəbiyyatı ilə bağlı mövzular üstünlük təşkil edəcək.

Qeyd etmək lazımdır ki, “AtaSığorta” ASC artıq bir çox illərdir ki, “Çto? Qde? Koqda?” oyununun televiziya versiyasının daimi tərəfdaşı və sponsoru olub, televiziya tamaşaçılarını prizlərlə və digər sürprizlərlə dəstəkləyir.

“AtaHoldinq” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. http://azertag.az/xeber/Azerbaycan_Prezidenti_Ilham_Aliyev_Dovlet_Neft_Fondunun_yeni_inzibati_binasinin_achilisinda_istirak_edib_VIDEO-821700"AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 6 filial və 6 nümayəndəlik daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR