Bakıda dəhşətli olay: bacısının ailəsini bıçaqdan keçirdi

Bakıda dəhşətli olay: bacısının ailəsini bıçaqdan keçirdi
11:21 8 Yanvar 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qardaş bacısının ailə üzvlərini bıçaqlayıb.

ANS PRESS-in lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

1969-cu il təvəllüdlü Əzimov Yaşar Şəki oğlu bacısı, 1972-ci il təvəllüdlü Novruzova İzzətxanım Şəki qızını, onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Novruzov Yaşar Faiq oğlunu, övladları, 1999-cu il təvəllüdlü Faiqi və 2002-ci ildə anadan olmuş Rəşadı bıçaqlayıb.

Ağır bədən xəsarətləri alan ailə üzvləri xəstəxanaya yerləşdirilib.

Bildirilir k, Y.Əzimov bacısını və onun ailə üzvlərini onların yaşadığı evdə bıçaqlayıb. 45 yaşlı Yaşar Əzimovun özünün də həmin evdə müvəqqəti yaşadığı qeyd edilir.

Faktla bağlı araşdırmalar aparılır. Olayın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR