Bakı qara hazırdır?

Bakı qara hazırdır?
11:22 8 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün hidrometereoloji proqnozlar bürosu paytaxta qar yağacağı barədə xəbərdarlıq edib. Bu gün Bakıda və Abşeron yarımadasında çovğun gözlənilir. Yollarda buzlaşma ola bilər.

Bəs Bakının kommunal xidmətləri - Bakı şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfat departamenti, "Azəryolservis", "Azəriqaz", "Bakıelektrikşəbəkə", "Azərsu" çovğuna hazırdırlarmı?

Milli.Az-ın məlumatına görə, mənzil-kommunal təsərrüfat departamentindən Day.Az-a bildiriblər ki, xüsusi texnika hazır vəziyyətə gətirlib. Tələb olunan zaman istifadə olunacaq.

"Azəryolservis"dən də hər şeyin qaydasında olduğunu vəd ediblər. Qurumun mətbuat katibi Pünhan Mürsəliyev bildirib ki, qış fəslinə tam hazırdırlar. 1000 ədəd xüsusi texnika hazır vəziyyətə gətirilib. 24885 kubmetr qum, 1160 ton duz ehtiyatı toplanılıb.

"Azəriqaz"ın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbəlayi deyib ki, soyuq hava qaz təchizatına heç bir şəkildə təsir göstərməyəcək. Bakı və Abşeron yarımadasının qaz təchizatında problem yaranmayacaq.

"Bakıelektrikşəbəkə" də qarlı günə hazırdır. Qurumun mətbuat katbi Tanrıverdi Mustafayev bildirib ki, paytaxtın elektrik təchizatında fasilələr olmayacaq.

"Azərsu" da eyni vədləri verir. Qurumdan bildiriblər ki, paytaxtın su təchizatında problem olmayacaq.

Vədlərin nə dərəcədə özünü doğruldacağını zaman göstərəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR