Böyuk qalmaqal: Mayli Sayrus və Şvartsneggerin oğlu... - FOTO

Böyuk qalmaqal: Mayli Sayrus və Şvartsneggerin oğlu... - FOTO
11:22 8 Yanvar 2015
315 Maraqlı
Ölkə mətbuatı
A- A+

Gənc və populyar müğənni, 22 yaşlı amerikalı Mayli Sayrusun İnstagram-dakı profilində yaydığı son fotolar çox böyük qalmaqal yaradıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, M.Sayrus evində çəkdiyi fotoda masa kənarında oturub. Masada isə nəşə, tiryək, kokain və bu narkotik maddələri qəbul etmək üçün "ləvazimat" var.
 
Fotoların ötən ilin noyabrın 4-də, Mayli Sayrusun indiki sevgilisi Patrik Şvartsneggerlə görüşməyə başladığı zaman çəkildiyi də iddia olunur.
 
Müğənninin atası Billi Rey Sayrus və ögey anası Dolli Parton Maylinin narkotik maddələrə qurşanmasından narahatdırlar.
 
Patris Şvartsnegger dünyaca məşhur aktyor Arnold Şvartsnegerin Mariya Şrayverlə izdivacında doğulub.
 
Milli.Az
 






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/317848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR