Qarın ilk fəsadı (FOTO)

Qarın ilk fəsadı (FOTO)
11:26 8 Yanvar 2015
162 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gündən yağan qar yollarda problemlər yaratmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, İsmayıllıya yağan qar magistral yolda nəqliyyatın hərəkətində problemlər yaradıb.

İsmayıllı yolunun Zərgəran kəndi ərazisində qar yolu bağlayıb. Hadisə nəticəsində çoxlu maşın yolda qalıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, Muğanlı-İsmayıllı yolunda yağan qar daha da şiddətlənib.

“Düzdür yol tam bağlanmasa da, avtomobillərin hərəkətində çətinliklər yaranıb. Əgər qar yağması belə davam edərsə, yaxın saatlarda yol tamamilə bağlana bilər”, - deyə Kamran Əliyev bildirib.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=318399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR