Azərbaycanda sürüşmə sahəsi ilk dəfə yeni üsulla tədqiq edilib

Azərbaycanda sürüşmə sahəsi ilk dəfə yeni üsulla tədqiq edilib
11:28 8 Yanvar 2015
181 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq, sürüşmə sahəsi yeni üsulla tədqiq edilib.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi Mirnuh İsmayılov Trend-ə bildirib ki, Şamaxının Muğanlı kəndində sürüşmə sahəsi müasir üsullarla – kosmik şəkillər əsasında coğrafi informasiya sistemləri vasitəsilə öyrənilib.

Onun sözlərinə görə, Azərbaycanın istənilən sahəsində sürüşmələrin risk və təhlükəlilik dərəcəsini həmin yeni modellə tədqiq etmək olar. Bu model əsasında sürüşməyə təsir edən 16-dan çox parametri (yamacların meyililiyi, yamacların səmti, ekzodinamik gərginlik, səthin şaquli, üfiqi parçalanması və s.) öyrənmək mümkün olur. Bu modellə otaq şəraitində çox qısa zaman ərzində sürüşmələrin risk və təhlükəlilik dərəcəsini üzrə çıxarmaq mümkündür:

“İndiyədək sürüşmələrlə bağlı aparılan tədqiqatlar bir növ vizual xarakterli olub. Sürüşmə ərazilərinin süxurlarının litologiyası, tərkibi haqqında, sürüşmələrin xarici görünüşü barədə məlumat verilirdi, geoloji amillərə və sürüşmə səthində baş verən dəyişmələrə görə genetik təsnifat aparılırdı. Onda da 2-3 təsnifat aparılırdı”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR