Qara ulduz beşiyi tapıldı - FOTO

Qara ulduz beşiyi tapıldı - FOTO
11:47 8 Yanvar 2015
287 Maraqlı
Ölkə mətbuatı
A- A+

Avropa Kosmik Tədqiqatlar Agentliyinin (ESA) alimləri kosmosda yeni qara dəlik aşkarlayıblar.

Fotolardan göründüyü kimi, sanki, planet və ulduzların bir qismi yoxa çıxıb, qara, heç nə olmayan məkan yaranıb.
 
Milli.Az Space-ə istinadən bildirir ki, LDN 483 adlanan bu qara bulud yüzlərlə ulduz və planeti gizlədir.
 
LDN 483 Linds qara dumanlığındakı molekulyar buluddur və həmin məkan yeni ulduzların yarandığı, formalaşdığı yerdir.
Fotolar ESA-nın Çilinin La Silya bölgəsində yerləşən rəsədxanasında, 2,2 metrlik MPG/ESO teleskopunda olan "Wide Field Imager" kamerası ilə çəkilib.
 
LDN 483 qara buludu Yerdən 700 işıq ili uzaqlıqda, İlan ulduz topasında yerləşir. Buludun tərkibində qaz və tozın sıxlığı yüksək olduğundan arxasındakı ulduzlarla planetləri gizlədir.
 
Astronomlar LDN 483-ün bətnində yeni formalaşmaqda olan çox sayda ulduzların olduğunu deyirlər.
 
İlkin yaranış mərhələsində ulduz, sadəcə olaraq, cazibə qüvvəsinin təsiri altında yığılan qaz və toz kürəsindən ibarətdir. Belə protoulduz soyuqdur və onun temperaturu -250 dərəcə olduğundan yalnız uzun dalğalı submillimetrlik işıq yayır.
 
Zaman keçdikcə yaranan ulduzun nüvəsində temperaturla təzyiq artır.
 
LDN 483-ün zülmət bətnində ulduzlar yarandığından müəyyən vaxtdan sonra tünd bulud topası dağılacaq, şəffaflaşacaq, onun daxilindəki ulduzlar aşkar görünəcək.
 
Milli.Az 





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR