Nəhəng gəmi limana yan aldı - FOTO

Nəhəng gəmi limana yan aldı - FOTO
11:52 8 Yanvar 2015
282 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük gəmilərindən biri sayılan "CSCL Globe" konteynerdaşıyanı Britaniyanın Suffolk qraflığındakı Feliksstou limanına yan alıb.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Çinin Honkonq şəhərində qeydiyyata alınmış "China Shipping Line" şirkətinə məxsus gəminin uzunu 400 metr, eni 54 metrdir.
 
Gəmi 19100 konteyner daşıya bilir.
 
Ötən ay Şanxayı tərk etmiş gəminin yükündən 4 min konteyner Britaniyada boşalacaq, sonra gəmiyə 3909 konteyner yüklənəcək və o, Rotterdam, Hamburq və Belçikaya baş çəkəndən sonra Çinə qayıdacaq.

Milli.Az
 








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR