Parisdə polis terror aktında şübhəli bilinənin şəxsiyyət vəsiqəsini tapıb

Parisdə polis terror aktında şübhəli bilinənin şəxsiyyət vəsiqəsini tapıb
11:58 8 Yanvar 2015
96 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Fransız polisi Parisdə “Charlie Hebdo” satirik həftəliyinin mənzil-qərargahına hücumda şübhəli bilinənlərdən biri - Səid Kuaşinin eyniləşdirmə kartını aşkar edib. Trend xəbər verir ki, bu barədə RİA Novosti Fransanın BFMTV telekanalına istinadən xəbər yayıb.

Çərşənbə günü səhər iki cinayətkar “Charlie Hebdo” jurnalının redaksiyasına zorla soxularaq oradakı insanlara atəş açıb. Hücum nəticəsində 12 nəfər həlak olub. Üçüncü ehtimal olunan cinayətkar maşında cinayət yoldaşlarını gözləyib. Hücum edənlər hadisə yerindən qaçıb gizlənə biliblər. Sonra axtarışı elan edilmiş cinayətkarlardan biri - 18 yaşlı Həmid Murad polisə təslim olaraq onun təqsiri olmadığını bildirib. Digər iki cinayətkarın axtarışı davam edir.

Polis şahidlərdən şübhəlilər haqqında informasiya almaq üçün foto dərc edib. “Frans Press” agentliyi polisə istinadən xəbər verir ki, iki qardaş Səid və Şərif Kuaşilərin həbsinə order verilib. Polisin məlumatına görə, onlar "silahlı və təhlükəli ola bilərlər".

Bu arada Parisdə yeni təhlükəsizlik tədbirləri görülüb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, Fransa paytaxtına ictimai binaların mühafizəsi və partul xidməti üçün əlavə ordu bölmələri gətirilib.

Cümə axşamına keçən gecə “Charlie Hebdo” jurnalının redaksiyasına hücum edən terrorçuların axtarışı üzrə keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Bunu Fransanın Baş naziri Manyuel Vals bəyan edib. Bu barədə Trend “İnterfaks”a istinadən xəbər verir. Baş nazir RTL radiosunun efirində deyib: “Bu gecə bir neçə nəfər həbs edilib”.

Bununla yanaşı, o qeyd edib ki, terror aktını törədənləri saxlamaq hələlik mümkün olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR