13 yaşlı qızı zorlayan rejissorun istintaqı davam edir

13 yaşlı qızı zorlayan rejissorun istintaqı davam edir
12:06 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Məşhur kinorejissor Roman Polanski 37 il bundan əvvəl törətdiyi cinayət onu qarabaqara izləyir. ANS PRESS-in məlumatına görə, 1977-ci ildə yeniyetmə qızı zorlamaqda ittiham edilən 81 yaşlı rejissor növbəti dəfə dindiriləcək.

Rejissor bu cinayəti 44 yaşında törədib və onun cinsi təcavüzünə məruz qaldığı iddia edilən Samanta Qeymer 13 yaşında olub.

Müstəntiq Polanskinin ifadəsi hazırda film çəklişləri apardığı Polşada alacaq. Amerika hökuməti 2014-cü ilin dekabrında Polşadan kinofestivala gələn Polanskini onlara verməyi xahiş etmişdi. Lakin polyaklar deportasiya üçün heç bir səbəb görməmişdilər.

Hollivudda "Rosemarys Baby" və "Chinatown" kimi məşhur filmlərin rejissoru olan Polanski, 1978-ci ildən sonra karyerasına Avropada davam edib, Onun ən məşhur filmi 2002-ci ildə çəkdiyi "Pianoçu" sayılır. Polanski bu filmə görə "Oskar" mükafatına layiq görülsə də, mükafatı almağa getməyib. Bunun səbəbi Roman Polanskinin 1978-ci ildə 13 yaşlı qıza təcavüz etməsi ittihamı ilə ABŞ tərəfindən axtarılması olmuşdu. 31 il öncə azyaşlı qıza təcavüz etməkdə ittiham olunan və həbs edilməməsi üçün ABŞ-dan qaçan Polanski, 2009-cu il sentyabrın 27-də Sürix Film Festivalında layiq görüldüyü "Yaşam Boyu Uğur" mükafatını almaq üçün getdiyi İsveçrədə həbs edilib.

ABŞ-da keçirilən məhkəmə qərarlarına görə, Polanskinin 1993-cü ildə zərərçəkən tərəfə 500 min dollar ödənilməsi müqabilində tərəflər arasında razılığın əldə olunmasının mümkünlüyü bildirilib. Lakin məhkəmə qərarlarında Polanskinin məbləği ödəyib-ödəməməsi barədə qeydlərə rast gəlinmir. 1996-cı ildə keçirilən son məhkəmə prosesində isə ödəniləcək məbləğin 604 min dollara qalxdığı bildirilir. Roman Polanski ABŞ-da ona qarşı irəli sürülən ittihama görə 500 min dollar təzminat ödəməyi qəbul edib və azadlığa buraxılıb. Lakin ABŞ məhkəməsi onun cinayət işinin bağlanmasına etiraz edərək məhkəmənin davam etdirməyə qərar verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR