Rəqsanənin qızı da oxumağa başladı - VİDEO

Rəqsanənin qızı da oxumağa başladı - VİDEO
12:09 8 Yanvar 2015
396 Şou
Ölkə mətbuatı
A- A+

Ötən gün müğənni Rəqsanənin qızı Aysun İsmayılova doğum gününü qeyd edib. Lent.az-ın məlumatına görə, Bakıdakı restoranlardan birində keçirilən məclisə Aysunun dostları qatılıb. Çoxlu hədiyyələr alan səbəbkar qonaqlara maraqlı sürpriz edib. Aysun Türkiyənin tanınmış müğənnilərindən olan Atiyə Dənizin repertuarından “Ya habibi” mahnısını ifa edib. Bu ifa gecəyə xüsusi rəng qatıb.  

 

 

A.İsmayılova Lent.az-a bildirib ki, arabir oxusa da, müğənni olmaq niyyətində deyil: “Mən müğənni olmaq istəmirəm, bu barədə düşünməmişəm. Müğənni olmaq çox çətindir. Bəzən elə olur ki, anamla toya gedirəm və görürəm ki, böyük auditoriya qarşısında necə ifa edir. Mən isə elə öz peşəmlə məşğul olsam yaxşıdır. Sadəcə bu mahnını dostlarıma sürpriz etmək üçün oxudum”. 

Qeyd edək ki, Aysun İsmayılova modelyerliklə məşğuldur. Dünən onun 18 yaşı tamam olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR