21 yaşlı oğlan özünü öldürmək istədi

21 yaşlı oğlan özünü öldürmək istədi
12:17 8 Yanvar 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

Balakəndə 21 yaşlı gənc intihara cəhd edib
Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Katex kənd sakini, 1994-cü il təvəllüdlü Kamil Abdulla oğlu Qayxanov Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə zəng edərək rayonun girişindəki simvolik “Balakən qapıları”dan özünü ataraq intihar etmək məqsədində olduğunu bildirib.

Hadisə yerinə cəlb edilən Balakən RPŞ-nin əməkdaşları intihar etmək istəyən 21 yaşlı Kamil Qayxanovu “Balakən qapıları”nın yaxınlığında, yolun kənarında aşkar ediblər. Polis Şöbəsinə aparılan Kamil Qayxanov verdiyi ilkin ifadəsində bildirib ki, həmkəndlisi Kənan Piriyev tərəfindən dəfələrlə mənəvi təzyiqə məruz qalıb, bu səbəbdən intihar etmək məqsədinə gəlib.
Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR