Aktyor səhnədə öldü (FOTO)

Aktyor səhnədə öldü (FOTO)
12:26 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Məşhur aktyor səhnədə ölüb. Kino aləmini şoka salan daha bir ölüm qeydə alınıb. ANS PRESS-in məlumatına görə, "Ulduz müharibəsi - gizli təhlükə" (Star Wars: Episode I - The Phantom Menace) adlı filmdə Saesee Tiln obrazını canlandıran aktyor dünyasını dəyişib. 42 yaşlı Khan Bonfils teatr səhnəsində,məşq zamanı səhnədə keçinib.

Sənət dünyasını yasa batıran ölüm Londonda baş verib. Dantenin "Inferno" (Cəhənnəm) adlı əsərində rol alan aktyor məşq zamanı qəfildən özündən gedib. Dərhal həkim çağrılıb.

Həkimlər gələnə kimi aktyora ürək masajı edilərək, ilkin tibbi yardım göstərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Aktyorun ölümünün dəqiq səbəbi bilinmir.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR